Ukrayna üçün bədbin proqnoz

Ukrayna üçün    bədbin    proqnoz
  07 Yanvar 2025    Oxunub:545
Ukrayna Rusiya ilə daha bir il hərbi əməliyyatlara duruş gətirə bilməyəcək.
AzVision.az xəbər verir ki, “Washington Post (WP) qəzeti Ukraynanın daha bir il ərzində Rusiya ilə dağıdıcı müharibə apara biləcəyini şübhə altına alıb.

“Münaqişə dönüş nöqtəsinə çatıb. Ukraynalılar həm canlı hərbi qüvvə, həm də ərazi itirirlər. Bundan əlavə, Ukraynanın vaxtı da tükənir”, - məqalənin müəllifi xəbərdarlıq edib.

Maraqlıdır ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron münaqişə çərçivəsində ərazi məsələləri ilə bağlı Ukraynanın real müzakirələr aparmalı olduğunu vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə dekabrın 29-da verdiyi müsahibədə Moskvanın Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün danışıqlara hazır, lakin Kiyevin böhranın əsas səbəblərini aradan qaldırmalı və “yerdə” real vəziyyəti nəzərə almalı olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   müharibə   duruş  





Xəbər lenti