Yüzlərlə ukraynalı əsgər Fransadakı bazadan qaçıb

Yüzlərlə ukraynalı əsgər Fransadakı bazadan qaçıb
  07 Yanvar 2025    Oxunub:545
Fransada təlim zamanı Ukrayna Silahlı Qüvvələrinin Anna Kiyevskaya adına yeni yaradılmış 155-ci mexanikləşdirilmiş briqadasından onlarla hərbçi fərarilik edib.
AzVision.az xəbər verir ki, Fransa ordusunun Baş qərargahındakı naməlum mənbə “Frans Press Agentliyi”nə (AFP)” belə məlumat ötürüb.

“Bəzi fərariliklər olub, lakin təlim keçmiş kadrların sayı ilə müqayisədə onlar çox marjinal olaraq qalır. Fransada fərarilik cinayət deyil, ona görə də ölkə prokuroru öz bölməsini icazəsiz tərk edən ukraynalı əsgəri həbs edə bilməyib”, - AFP mənbənin sözlərindən sitat gətirib.

Fransa Ukraynanın 155-ci mexanikləşdirilmiş briqadasının yarısını öyrətməyi və təchiz etməyi öhdəsinə götürüb. Lakin son aylarda Ukrayna mediası və qanunvericiləri briqadadan yüzlərlə fərarilik barədə məlumat verərək, onun faktiki olaraq dağıldığını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Fransa   fərarilik  





Xəbər lenti