5 ölkə əsir mübadiləsi üzrə danışıqlar üçün İsrailə koordinator göndərib

5 ölkə əsir mübadiləsi üzrə danışıqlar üçün İsrailə koordinator göndərib
  07 Yanvar 2025    Oxunub:517
(Briqada generalı Qal Hirş)

ABŞ, Britaniya, Kanada, Almaniya və Avstriya Qəzza zolağında Fələstinin HƏMAS terror təşkilatı tərəfindən saxlanılan şəxslərin əsirlikdən azadlığa çıxarılmaları məqsədilə danışıqlar aparılması üçün İsrailə koordinatorlar göndərib.
İsrailin Baş nazirinin ofisindən verilən məlumata görə, onlar bu ölkənin Xarici İşlər Nazirliyində əsir və itkin düşmüş şəxslərlə bağlı danışıqlar üzrə əlaqələndirici, briqada generalı Qal Hirşlə görüşəcəklər. Aparılacaq görüş və müzakirələrin iki gün ərzində baş tutması nəzərdə tutulur.

Koordinatorların, eyni zamanda, İsrail Prezidenti İsaak Hersoqla, həmçinin əsirlərin ailə üzvləri ilə görüşü planlaşdırılır.
İsrail rəsmisi: "HƏMAS-dan hər hansı əsir siyahısı almamışıq"

Xatırladaq ki, dünən HƏMAS-ın adı çəkilməyən ali rütbəli komandirlərindən biri Səudiyyə Ərəbistanının "Asharq News" xəbər agentliyinə açıqlamasında əsirlərin bir qisminin azadlığa çıxarılmaları üzrə razılıq baş tutduğunu bildirib. İsrail tərəfi bu xəbəri təkzib edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   əsirlər   danışıqlar  





Xəbər lenti