Britaniyalı siyasətçilər Maskdan Trampa şikayət ediblər

   Britaniyalı siyasətçilər Maskdan Trampa    şikayət    ediblər
  07 Yanvar 2025    Oxunub:574
Böyük Britaniyanın yüksək vəzifəli siyasətçiləri ABŞ-nin gələcək prezidenti Donald Trampı İngiltərədəki daxili siyasi vəziyyətlə bağlı qiymətləndirmələrindən sonra sahibkar İlon Mask ilə öz münasibətlərinə yenidən baxmağa çağırıblar.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda Donald Trampın ABŞ-dəki silahdaşlarının da milyarder iş adamının onlayn fəaliyyətindən narahat olduqlarını bildirdikləri vurğulanır.

Xatırladaq ki, “X” sosial şəbəkəsindəki son paylaşımlarında İlon Mask Böyük Britaniyanın baş naziri Kir Starmerin həbsxanaya göndərilməsini, sağçı fəal Tommi Robinsonun azadlığa buraxılmasını və “Böyük Britaniyanın İslahatı” Partiyasının lideri Naycel Farracın əvəz olunmasını təklif edib.

Belə mühakimələr həm Leyboristlər hökumətini, həm də müxalif “Mühafizəkarlar” Partisyasını, hətta Farracın tərəfdarlarını Donald Tramp və İlon Mask arasındakı ittifaqın uzunömürlü olacağını şübhə altına almağa sövq edib.

Qeyd edək ki, Trampın seçki kampaniyasına 250 milyon dollardan çox pul xərcləmiş Mask, ABŞ-nin gələcək prezidentinin xarici liderlərlə telefon danışıqlarında da iştirak edib və medianın məlumatına görə, o, hətta yeni administrasiyanın formalaşmasına da təsir göstərir. Bəzi mənbələr milyarder sahibkarın bu proseslərdə həddən artıq fəal iştirakının Trampın komandasında narazılıq doğurduğunu iddia edirlər.

Məsələn, “The Daily Beast” nəşri yazır ki, Donald Tramp açıq şəkildə İlon Maskı meqadonor və tərəfdar kimi tərifləsə də, özəl söhbətlərdə Maskın Mar-a-Laqoda daimi olmasını “qıcıqlandırıcı” sayır.

İlon Mask Trampın iqamətgahı yaxınlığında bir gecəsi 2000 dollarlıq kottec icarəyə götürür ki, bu da ona kadrlarla işgüzar görüşlərdə və digər texnoloji maqnatlarla şam yeməklərində iştirak etməyə imkan verir.

“Tramp Maskın həddən çox yanında olmasından insanlara şikayətlənir. Tənqidçilər Maskı “Prezident Mask” adlandırırlar ki, bu da Trampı qıcıqlandırır. Bu, birmənalı şəkildə onu narahat edir”, - Nyu York Times qəzetinin jurnalisiti Meqqi Haberman yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   Mask   şikayət  





Xəbər lenti