Məlumata görə, sözügedən raketin mühərrikində "yeni karbon lifi birləşməsi" istifadə olunub ki, bu da Pxenyana ABŞ, Rusiya və Çinin yüksək texnologiyalı hədəflərini vurmaq imkanı verir.
Cənubi Koreya: "KXDR-nin hücum cəhdlərini nəzarətdə saxlayırıq" |
Xatırladaq ki, dünən Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyan şəhərinin yaxınlığından buraxılan raket bir kilometrdən artıq havada irəlilədikdən sonra Cənubi Koreya ilə Yaponiya arasındakı boğazın sularına batıb. Cənubi Koreya Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, ABŞ Dövlət katibi Antoni Blinkenin paytaxt Seula səfəri ərzində, eyni zamanda, ABŞ-də Donald Trampın prezident kimi rəsmi fəaliyyətə başlaması ərəfəsində Şimali Koreyanın regionda sabitliyi pozma cəhdləri xüsusilə şiddətlənib.
Firudin Həmidli
AzVision.az