Fransada terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Fransada terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
  06 Yanvar 2025    Oxunub:460
Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo hüquq-mühafizə orqanlarına terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.
AzVision.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı ayıq-sayıqlığın maksimum dərəcədə artırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram”, - agentlik nazirin sözlərindən sitat gətirib.

Retayo xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları vəziyyətin ciddiliyini göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti