Qazaxıstan təyyarə qəzasında xəsarət alan qırğızıstanlıları vətənlərinə göndərir

Qazaxıstan təyyarə qəzasında xəsarət alan qırğızıstanlıları vətənlərinə göndərir
  28 Dekabr 2024    Oxunub:342
Qazaxıstan hakimiyyəti Qırğısıtanın aviaqəzada xəsarət almış üç vətəndaşını bu ölkəyə göndərməyə hazırlaşır.
Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

Təyyarə qəzasında xəsarət almış 4 nəfər Aktauda reanimasiyadadır
Qeyd olunub ki, hazırda üç yaralının daşınması ilə bağlı məsələlər Qırğızıstanın səhiyyə orqanları ilə müzakirə olunur. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır və süni nəfəs aparatına qoşulub.

Qazaxıstan Səhiyyə Nazirliyi əlavə edib ki, Azərbaycandan olan iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərlə məsləhətləşmələrin aparılması və onların göndərilməsi prosesinə hazırlığın qiymətləndirilməsi planlaşdırılır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan  





Xəbər lenti