Rusiya kəşfiyyatı: “Qərb Suriyada “sürpriz” lər hazırlayır

   Rusiya kəşfiyyatı: “Qərb Suriyada    “sürpriz”   lər hazırlayır
  28 Dekabr 2024    Oxunub:368
ABŞ-nin və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın Suriyadakı hərbi bazalarına “hücumlar seriyası” hazırlayırlar. Onlar bununla Rusiyanı öz hərbçilərini Suriyadan çıxarmağa sövq etməyə çalışırlar.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XTX) belə məlumat yayıb.

Britaniyanın MI-6 kəşfiyyatının və Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri bu yaxınlarda Suriyada yerləşən İŞİD səhra komandirlərinə Rusiya hərbi bazalarına bir sıra hücumlar həyata keçirməyi tapşırıblar. Bu məqsədlər üçün terrorçular hücum pilotsuz təyyarələri alıblar. ABŞ və Britaniya hərbi komandanlıqları gələcək fəaliyyətlərində iştiraklarını gizlətmək üçün öz hava qüvvələrinə İŞİD-in mövqelərinə zərbələr endirməyi davam etdirməyi tapşırıblar və bu barədə silahlılara əvvəlcədən məlumat ötürülür”, - Rusiyanın Xarici Kəşfiyyat Xidməti iddia edir.

Rusiya XKX-nin fikrincə, bu yolla ABŞ və Böyük Britaniya Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra Yaxın Şərqdəki xaos vəziyyətini qoruyub saxlamağa çalışırlar ki, regionda öz üstünlüklərini təmin etsinlər. Hələlik isə, Rusiyanın Suriyada hərbi mövcudluğu buna mane olur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qərb   Suriya   sürprizlər  





Xəbər lenti