Bakıda bədbəxt hadisə - 2 nəfər öldü

Bakıda bədbəxt hadisə - 2 nəfər öldü
  19 İyul 2014    Oxunub:878
Bakıda bədbəxt hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 18-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Metal Konstruksiyalar Zavodunda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar.

A. Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilən A. Ömərov isə orada ölüb.


Teqlər:





Xəbər lenti