Üç uşaq anası intihar etdi

Üç uşaq anası intihar etdi
  19 İyul 2014    Oxunub:960
Şəkidə üç uşaq anası intihar edib. Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şəki şəhəri, Fuad Abdurəhmanov küçəsi ev 43 ünvanında qeydə alınıb.

1964-cü il təvəllüdlü Nargilə Mustafa qızı Abdulvahabova bu gün səhər saatlarında yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Onun intihar etdiyi ehtimal olunur. N. Abdulvahabovanın hansı səbəbdən intihar etməsi araşdırmalardan sonra söyləmək mümkün olacaq.

Şəki ŞRPŞ-dən bildirilib ki, Nargilə Abdulvahabova ailəli və üç uşaq anası olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti