Arif Əmrahoğlu dünyasını dəyişdi

Arif Əmrahoğlu dünyasını dəyişdi
  19 İyul 2014    Oxunub:1155
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, tanınmış ədəbiyyatşünas, tənqidçi Arif Əmrahoğlu uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bu barədə AzVision.az-a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

Qeyd edək ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlayıb.

ADU-nun filologiya fakültəsində təhsil alıb (1973-1978). Zaqafqaziya komsomol məktəbini bitirib (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993-1997) işləyib.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi işləyib.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti