“Azərsu”ya 260 min ziyan dəyib

“Azərsu”ya 260 min ziyan dəyib
  19 Aprel 2013    Oxunub:1522
“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır
“Azərsu” ASC-nin Abonent İşləri departamenti və yerli sukanal departamentlərinin əməkdaşları “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələblərini əsas götürməklə həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164 fakt aşkarlayıb.

“Azərsu” ASC-dan AzVision.az-a verilən məlumata görə, həmin faktlar aktlaşdırılıb və qiymətləndirmə nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyan 269924 manat məbləğində müəyyən edilib.

Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında həyata keçirlən tədbirlər nəticəsində içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halları ilə bağlı 394 fakt aşkar edilib. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləğı 925900 manat olub. Görülmüş tədbirlər nəticəsində bu məbləğin 363616 manatının ödənilməsi təmin edilib.

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir və belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir.İçməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılacaq və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb ediləcək.



Teqlər:  





Xəbər lenti