İki piyadadan biri öldü

İki piyadadan biri öldü
  19 Aprel 2013    Oxunub:1522
Naməlum sürücü iki piyadanı vurub, bir nəfər ölüb, digəri isə yaralanıb
Sabunçu rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 21:00-da Maştağa-Zabrat şossesi İdman Kompleksinin qarşısında, naməlum sürücü tərəfındən idarə olunan VAZ 2106 markalı avtomobil, piyadalar 21 yaşlı Nərimanov rayon sakini Mustafayeva Ayşən Nazim qızını və 25 yaşlı Sabunçu rayon sakini Namazova Zina Tural qızını vurub.

Nəticədə N.Zina hadisə yerində ölüb, Ayşən Mustafayeva isə 3 saylı ŞKX-nın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon polis idarəsi tərəfindən cinayət işi başlanaraq istintaq aparılır.


Teqlər:  





Xəbər lenti