Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

   Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
  10 İyul 2024    Oxunub:772
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
AzVision.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 13-də saat 09:15-də Bakıdan Ağstafaya, iyunun 14-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti