Ələt-Astara yolunda sürət həddi endirildi

Ələt-Astara yolunda sürət həddi endirildi
  10 İyul 2024    Oxunub:702
Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 61,5-ci kilometrliyində (Salyan rayonunun Marışlı kəndindən keçən hissədə) sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasıdır.

"Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti