"Qarabağ" 2-ci Bundesliqa klubuna uduzdu

"Qarabağ" 2-ci Bundesliqa klubuna uduzdu
  09 İyul 2024    Oxunub:894
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirir.
AzVision.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.

"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

AzVision.az



Teqlər:





Xəbər lenti