Vardanyanı 44 yaşlı separatçı əvəz etdi

   Vardanyanı 44 yaşlı separatçı əvəz etdi
  18 Sentyabr 2023    Oxunub:747
Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan yeni "dövlət naziri" təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Qeyd edilir ki, o, "Maliyyə-büdcə məsələləri və iqtisadiyyatın idarə edilməsi daimi komissiyası"nın sədri, “Azad Vətən” fraksiyasının rəhbəri Artur Arutyunyanı təxribatçı Ruben Vardanyanın yerinə təyin edib.

Vardanyan: "Bu mənim Nikolla birinci və sonuncu danışığım oldu"
Bununla da separatçıların səhiyyə, ədliyyə, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və idman, sosial inkişaf və miqrasiya, ərazi idarəetməsi və infrastruktur, şəhərsalma, maliyyə və iqtisadiyyat nazirlərinin fəaliyyətinin əlaqələndirilməsi funksiyası Arutyunyana həvalə edilib.

Artur Arutyunyan 20 yanvar 1979-cu ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.

Qeyd edək ki, bundan öncə qondarma "dövlət naziri" vəzifəsini Ruben Vardanyan daşımışdı. O, ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmadı. Rəsmi Bakının bu siyasi oyuna sərt şəkildə təpki verməsi nəticəsində Vardanyan vəzifədən uzaqlaşdırıldı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı  





Xəbər lenti