Sabah +18 olacaq

Sabah +18 olacaq
  12 Aprel 2013    Oxunub:1402
Rayonlarda sabah yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az- verilən məlumata görə, aprelin 12-dən 13-ə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacaq.

Gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda sabah yağış yağacağı gözlənilir. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi bildirilib. Şimal küləyi saniyədə 9-14 metr sürətlə əsəcək. Küləyin sürəti arabir 16 metrədək güclənəcək. Gecə 6-9, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 13-25 dərəcə isti olacağı gözlənilir. Temperatur bəzi yerlərdə 27 dərəcəyə kimi yüksələcək.


Teqlər:  





Xəbər lenti