Yol qəzalarında 258 nəfər ölüb - STATİSTİKA

Yol qəzalarında 258 nəfər ölüb - STATİSTİKA
  12 Aprel 2013    Oxunub:1575
Ötən ilin ilk 3 ayı ilə müqayisədə cari ilin üç ayında baş verən yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı 104 nəfər artıb .
Son üç ayda Azərbaycanda yol qəzalarının statistikası açıqlanıb. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Azvision.az-a açıqlamasında bildirib ki, cari ili ilk üç ayında respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb.

Şöbə rəisi qeyd edib ki, yol-nəqliyyat hadisələri zamanı ölənlərin əksəriyyəti piyadalar olub.

Qeyd edək ki, ötən ilin 3 ayı ərzində respublikamızda 528 yol qəzası qeydə alınıb. Bu qəzalarda 154 nəfər həlak olub, 568 nəfər xəsarət alıb. Ötən ilin birinci rübündə qeydə alınan qəzaların 223-ü Bakıda baş verib (49 nəfər ölüb, 247 nəfər xəsarət alıb). Hesabat dövründə qeydə alınan qəzaların 183-ü (49 ölüm, 245 xəsarət) toqquşma, 44-ü (49 ölüm, 245 xəsarət) aşma olub. Qeydə alınan qəzaların 134-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu qəzalarda 49 nəfər həlak olub, 136 nəfər yaralanıb. Yol qəzalarında 5 uşaq dünyasını dəyişib, 34 uşaq xəsarət alıb

Anar


Teqlər:  





Xəbər lenti