Çin “Anti-Qərb İttifaqı” yaratmağa çalışır – Aleksandr Jukovski

   Çin “Anti-Qərb İttifaqı” yaratmağa çalışır –    Aleksandr Jukovski
  28 Mart 2023    Oxunub:4195
“Hələ keçən əsrin 50-ci illərində. ABŞ “üçbucaq” siyasəti yürüdürdü. Potensial rəqiblərlə - Çin və SSRİ ilə nisbi dostluq münasibətləri saxlayır, eyni zamanda həmin güclərin ABŞ-a qarşı birləşə biləcəyi şərtləri aradan qaldırmağa çalışırdılar. Hazırda “üçbucaq”da şərtlər dəyişib”.
Bunu AzVision.az -a rusiyalı ekspert Aleksandr Jukovski deyib. Onun fikrincə, Çinin həm ABŞ, həm də Rusiya ilə nisbətən sabit münasibətləri var. Çin təkcə elmi-texniki münasibətlərini və istehsalı deyil, həm də effektiv beynəlxalq strategiyaları “kopyalamağı” öyrənib.

“Rusiya və Çin liderləri arasında keçirilən görüş beynəlxalq münasibətlərdə bu “növbə dəyişikliyini” bir daha təsdiqlədi. İndi Çin həm ABŞ, həm də Rusiya ilə daha stabil münasibətlərə malikdir və əslində özünü yeni qeyri-rəsmi beynəlxalq arbitr kimi göstərir. Birləşmiş Ştatlar belə bir strateji təşəbbüsü əldən verdi”, - A.Jukovski qeyd edib.


Həmsöhbətimiz bildirib ki, Çin liderinin Rusiyaya üç günlük rəsmi səfəri Səudiyyə Ərəbistanı ilə İran arasında mühüm razılaşmaya səbəb olan danışıqlardan sonra xüsusilə maraq doğururdu. Belə ki, hazırda Rusiya ilə Çindən əlavə, Belarus, İran və Şimali Koreyanın da qoşula biləcəyi anti-Qərb alyansının konturları görünür. Çin rəsmiləri Si Cinpinin “Qlobal Təhlükəsizlik Təşəbbüsü” adlandırdığı bu səyləri dünyadakı beynəlxalq böhranlara reaksiyanı formalaşdıran ABŞ-ın üstünlüyünə meydan oxuyan təşəbbüslərin bir hissəsi kimi təsvir edirlər.

Çin liderləri “üçbucaq” konsepsiyasına uyğun olaraq, “münaqişə” və ya “böhran” adlandırdıqları işğal mövzusu ilə məsafə saxlamağa çalışır, Rusiyanın əvəzolunmaz tərəfdaş olaraq qaldığını vurğulayırlar. Si Cinpin 2024-cü ildə keçiriləcək prezident seçkilərində rusların Putini dəstəkləyəcəyi ilə bağlı fikir söyləyib. Çin Xarici İşlər Nazirliyi də Beynəlxalq Cinayət Məhkəməsini Rusiya prezidenti Vladimir Putinin hüquqi toxunulmazlığına hörmət etməyə çağırıb.

“Putin isə bütün baş verənlərə baxmayaraq, ölkəsinin və özünün qətiyyən təcrid olunmadığını dünyaya göstərməyə çalışır. O, Rusiya və Çin arasında əməkdaşlığı Amerika ekspansiyasına qarşı mühüm əks tarazlıq, beynəlxalq təhlükəsizliyin təminatı adlandırıb”, - A.Jukovski bildirib.

Samir Vəliyev
AzVision.az


Teqlər: Çin  





Xəbər lenti