50 milyardla gündəm olan avtosalon sahibi: "Həyacandan köhnə pulla dedim"

  50 milyardla gündəm olan avtosalon sahibi:    "Həyacandan köhnə pulla dedim"
  16 Fevral 2023    Oxunub:976
"Türkiyə Tək Ürək" yardım proqramında "50 milyard lirəlik ianə" ilə Türkiyənin gündəminə düşən avtosalon sahibi Hamit Duras danışıb.
"Bəziləri zəng edib təbrik edir, bəziləri isə reaksiya verir", - deyən Duras bildirib ki, həyacandan yardımın məbləğini köhnə pulla deyib.

"Həyacandan köhnə pula uyğun dedim, mənim ianəm 50 min TLdir. Könül istərdi ki,50 milyard TL pulumuz olsun və onu bağışlayaq. 9 yaşlı Elif adlı nəvəm var, məni çox təsirləndirdi. Anası geyim, özü isə yaylıq toxuyurdu. Anasına dedi ki, yenə ip alın, toxuyacağam və zəlzələdən zərər çəkənlərə göndərəcəyəm. Çoxduyğulandım. Mən də yardım etdim. Bir uşaq bunu edirsə, biz niyə etməyək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti