Bakıda ər arvadını öldürdü, cinayət işi başlanıldı

Bakıda ər arvadını öldürdü, cinayət işi başlanıldı
  11 Fevral 2023    Oxunub:1266
Fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğundan AzVision.az -a verilən xəbərə görə, 1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti