"Zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları davam edir" - Səfirlik

   "Zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları davam edir" -    Səfirlik
  08 Fevral 2023    Oxunub:604
"Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan 25 azərbaycanlının axtarışı davam edir.u o demək deyil ki, onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

“Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Hətta Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, - diplomat bildirib.

R.Məmmədov bildirib ki, Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın yaxınları ilə əlaqə saxlanılıb.

"Artıq cənazənin öndərilməsi ilə bağlı işlər aparılır. Nailə Bünyatovanın nəşi Ankaraya gətiriləcək və Azərbaycan Hava Yolları ilə ölkəyə göndəriləcək”.

AzVision.az




Teqlər:





Xəbər lenti