"Xəstə uşaqları məktəbə göndərməyin" - Səhiyyə Nazirliyindən valideynlərə çağırış

O bildirib ki, soyuq aylarda geyimlər düzgün seçilməlidir: “Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.
AzVision.az
Teqlər: