XİN: "4 tələbənin axtarışlarına FHN-nin xilasediciləri cəlb edilib"

      XİN:    "4 tələbənin axtarışlarına FHN-nin xilasediciləri cəlb edilib"
  08 Fevral 2023    Oxunub:711
"Türkiyədə Maltyada dağıntılar altında qalan 4 tələbə barədə təəssüf ki, hələ məlumat yoxdur".
Bunu AzVision.az -a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, tələbələrin yaşadığı binada Azərbaycanın Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da işləyir.
"Eyni zamanda Azərbaycanın Türkiyədəki səfirliyinin də əməkdaşları əraziyə ezam olunur. Axtarış işləri davam edir. Bu saata hələ bir məlumat alınmayıb".

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.

Ötən gün sosial şəbəkələrdə tələbələrin xilas edilməsi barədə məlumat yayılsa da, XİN informasiyanı təsdiqləməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti