"Türkiyədən 201 vətəndaşımız təxliyə edilib" - XİN

   "Türkiyədən 201 vətəndaşımız təxliyə edilib" -    XİN
  08 Fevral 2023    Oxunub:655
“Türkiyənin zəlzələ olan bölgəsindən 201 Azərbaycan vətəndaşı təxliyə edilib".
Bunu AzVision.az -a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, hazırda iki təxliyə avtobusu Türkiyə-Azərbaycan sərhədinə çatır.

"Eyni zamanda 3 avtobus da yoldadır. Təxliyə prosesi davam edir. Müraciət edən vətəndaşlarımız siyahıları hazırlanır".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti