Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı rəngində işıqlandırılacaq

Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı rəngində işıqlandırılacaq
  07 Fevral 2023    Oxunub:527
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılacaq.
AzVision.az xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti