FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb

   FHN-in yardımlarından ibarət növbəti təyyarə Türkiyəyə yola düşüb
  07 Fevral 2023    Oxunub:606
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti