"Dağıntı bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı siyahı hazırlanır" - Səfirlik

"Yardıma ehtiyacı olanlar müəyyən edilir və onlara təcili yardım göstərilməsi üçün zəruri addımlar atılır. Dağıntılar altında qalan və çıxarılanlarla bağlı səfirliyə rəsmi dövlət qurumlarından heç bir məlumat verilməyib. Rəsmi məlumat olmadan xəbər verilmir. Malatyada 4 tələbənin çıxarılması barədə sosial şəbəkələrdən məlumat əldə olunub. Amma onlarla əlaqə saxlanıla bilinmir.
Qeyd edək ki, dünən Türkiyədə baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 minə yaxın insan ölüb, 15 mindən çox şəxs yaralanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: