Türkiyəyə növbəti yardım təyyarəsi göndərildi - YENİLƏNİB

 Türkiyəyə növbəti yardım təyyarəsi göndərildi -  YENİLƏNİB
  07 Fevral 2023    Oxunub:1429
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
AzVision.az xəbər verir ki, mobil səhra hospitalını və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün nəzərdə tutulan çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqları çatdıracaq ikinci təyyarə isə yaxın saatlarda yola salınacaq.






****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınır.


AzVision.az xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.

Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Qırx beş nəfərlik tibbi personalın olduğu hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınır.

AzVision.az


Teqlər:





Xəbər lenti