Kamran Əliyev Türkiyəli həmkarlarına başsağlığı verib

Kamran Əliyev Türkiyəli həmkarlarına başsağlığı verib
  06 Fevral 2023    Oxunub:991
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb.
AzVision.az xəbər verir ki, zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti