Bakcell Türkiyədəki abunəçilərinə dəstək göstərib

Bakcell Türkiyədəki abunəçilərinə dəstək göstərib
  06 Fevral 2023    Oxunub:538
Bakcell baş vermiş zəlzələ ilə əlaqədar hazırda Türkiyədə olan abunəçilərini pulsuz mobil rabitə xidmətləri ilə təmin edir.
Abunəçilərin ailələri və yaxınları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə Bakcell tərəfindən onların nömrələrinin balansına pulsuz dəqiqələr və internet yüklənib.

Müvafiq məlumat abunəçilərə SMS vasitəsilə göndərilib.

Baş vermiş hadisədə həyatını itirənlərə rəhmət, xəsarət alanlara şəfa diləyirik!

AzVision.az




Teqlər:





Xəbər lenti