Azərbaycanın Türkiyədəki diplomatik korpuslarında Operativ Qərargahlar yaradılıb

“Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.
Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011 ”, - məlumatda qeyd olunub.
Teqlər: