Türkiyədə məktəblərdə tətil elan edildi

Türkiyədə məktəblərdə tətil elan edildi
  06 Fevral 2023    Oxunub:1212
Türkiyədə baş vermiş zəlzələ nəticəsində məktəblərdə bir həftəlik tətil elan edilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 284 nəfər ölüb, 1710 bina dağılıb, 2323 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti