"Türkiyədəki zəlzələdə xəsarət alan azərbaycanlılar barədə məlumat yoxdur" - XİN

O bildirib ki, hazırda araşdırma aparılır.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda episentri 7 km dərinlikdə olan 7.4 maqnitudalı zəlzələ qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə 10 əyalətdə hiss edilən zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralnıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: