Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli olub
  05 Fevral 2023    Oxunub:565
Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə bu ölkənin paytaxtı Ankarada enməli olub.
“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti