Küçəyə atılan körpənin valideyinləri barkodlar əsasında tapıldı - YENILƏNİB

  Küçəyə atılan körpənin valideyinləri barkodlar əsasında tapıldı -  YENILƏNİB
  05 Fevral 2023    Oxunub:1443
Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib.

Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.
***
Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası tutulub.

DİN-in Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.Əkbərova olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti