Naxçıvan sərhədində yenilik: Türkiyəyə öz avtomobillərilə gedib-gələ biləcəklər - VİDEO

      Naxçıvan sərhədində yenilik:    Türkiyəyə öz avtomobillərilə gedib-gələ biləcəklər -    VİDEO
  05 Fevral 2023    Oxunub:1065
Xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
AzVision.az xəbər verir ki, bu qərarla bağlı yeni detallar məlum olub.

Yeni məlumat odur ki, yalnız Naxçıvan qeydiyyatında olan vətəndaşlar Türkiyəyə 15 gündən bir öz avtomobilləri gedib-gələ biləcəklər.

Ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların isə yalnız Azərbaycana girişinə icazə verilir.

Bu barədə quru yolla Türkiyəyə gedib-gələn vətəndaşlar Naxçıvan TV-yə danışıblar və onlar da məlumatı təsdiq ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti