Yol qəzasında ölən və yaralananların kimliyi açıqlandı

   Yol qəzasında ölən və yaralananların kimliyi açıqlandı
  05 Fevral 2023    Oxunub:535
Cəlilabad rayonunda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.
Bu barədə “ AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N. Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Daşkəsən rayon sakini İ. Quliyev isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti