Cəlilabadda “Ford” yanıb, ölən var

   Cəlilabadda “Ford” yanıb,    ölən var
  05 Fevral 2023    Oxunub:706
Cəlilabadda avtomobil yanıb, ölən var.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilir ki, rayonun Privolnoye kəndində “Ford” və “МАЗ” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
AzVision.az


Teqlər:





Xəbər lenti