DİN -dən Kürdə meyiti tapılan şəxslə bağlı açıqlama

DİN -dən Kürdə meyiti tapılan şəxslə bağlı açıqlama
  04 Fevral 2023    Oxunub:724
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb
AzVision.az xəbər verir ki, ötən ilin dekabr ayında Kür çayında batan rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədovun meyiti çayın Şəmkir rayon ərazisindən keçən hissəsində aşkarlanıb.

Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 24-də Kür çayının Tovuz rayonunun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb. İlkin ehtimala görə, E.Məmmədov çayda balıq tutan zaman batıb.

AzVision.az



Teqlər: DİN   Kür  





Xəbər lenti