"Laçın yolunda aktivistlərin etirazını dəstəkləyirik" - Şamil Ayrım

  "Laçın yolunda aktivistlərin etirazını dəstəkləyirik" -    Şamil Ayrım
  04 Fevral 2023    Oxunub:744
Laçın yolunda aktivistlər etiraz aksiyası keçirir. Biz onları dəstəkləyirik. Onlar illərdir ki, Azərbaycanın mədənlərini, təbii sərvətlərini talan edənlərə qarşı haqlı mübarizə aparırlar.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır və o dəhlizdən keçmək istəyənlər Azərbaycandan icazə alıb keçməlidir, bütün dünya bunu bilməlidir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti