Bakı-Quba yolunda iki yük maşını toqquşdu, xəsarət alan var

Bakı-Quba yolunda iki yük maşını toqquşdu,    xəsarət alan var
  04 Fevral 2023    Oxunub:504
Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti