Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə edilib. Sonda xatirə şəkili çəkdirilib.
AzVision.az
Teqlər: