Bakcell 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.
Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.
Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.
AzVision.az
Teqlər: