Axta­rışda оlan 247 nəfər sərhəddə tutuldu

   Axta­rışda оlan 247 nəfər sərhəddə tutuldu
  02 Fevral 2023    Oxunub:568
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin yanvar ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti