"Sanksiyalar "Şimal axını"ndakı partlayışın araşdırılmasına mane oldu" - Reuters

   "Sanksiyalar "Şimal axını"ndakı partlayışın araşdırılmasına mane oldu" -    Reuters
  01 Fevral 2023    Oxunub:687
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları "Equinor" şirkətinə 2022-ci ilin payızında zədələnmiş “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini yoxlamaq üçün xidmətlər və avadanlıqlar təqdim etməyə mane olub.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Norveçin neft və qaz şirkəti Equinor"in bəyanatında bildirilib.

"Norveç Xarici İşlər Nazirliyi tövsiyə edib ki, boru kəmərləri ilə işləmək krallığın sanksiya siyasətinin və müvafiq olaraq, Aİ-nin sanksiya qaydalarının pozulması olacaq", - "Equinor"dən bildirilib.

Qeyd edək ki, sentyabrın 26-da “Şimal axını” və “Şimal axını 2”nin 3 xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti