"İranın nüvə obyektindəki fəaliyyətlər Tehranın öhdəliklərinə ziddir” - BAEA

   "İranın nüvə obyektindəki fəaliyyətlər Tehranın öhdəliklərinə ziddir” -    BAEA
  01 Fevral 2023    Oxunub:662
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Fordodakı nüvə obyektindəki fəaliyyətlərin Tehranın üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təşkilatın hesabatına istinadən məlumat yayıb.

“BAEA-nın Baş direktoru Rafael Qrossi İranın agentliyə əvvəlcədən xəbərdarlıq olunmadan zənginləşdirilmiş uran istehsalı ilə bağlı Fordodakı zavodunun dizaynı ilə əlaqəli məlumatlara ciddi şəkildə dəyişikliklər etməsindən narahatdır”, - təşkilatın bəyanatında deyilir.

O cümlədən BAEA-nın Fordodakı nüvə obyektində qəfil təftişi zamanı uranı 60%-ə qədər zənginləşdirən IR-6 sentrifuqalarının iki kaskadı arasında əlaqədə elan olunmamış dəyişiklik aşkar edib.

AzVision.az


Teqlər:





Xəbər lenti