Türkiyədən Naxçıvana quru sərhəd vətəndaşlarımız üçün açıqdır

Türkiyədən Naxçıvana quru sərhəd vətəndaşlarımız üçün açıqdır
  01 Fevral 2023    Oxunub:853
Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvan Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatında olan şəxslər üçün mümkündür.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti