Şamil Ayrım: "Türkiyə-Azərbaycan həmrəyliyini heç kim poza bilməz"
Tahir Rzayev, eyni zamanda, özünü Azərbaycanın din qardaşı adlandıran İranın ölkəmizin uğurlarına qısqanclıqla yanaşdığını söyləyib. O, Azərbaycanın İrandakı səfirliyində baş verən silahlı basqını diqqətə çatdırıb.
TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edib. Azərbaycanın İrandakı səfirliyində baş verən terroru lənətlədiyini vurğulayan Şamil Ayrım bildirib ki, bu hadisə Vyana Konvensiyasının yerinə yetirilmədiyini, təhlükəsizliyin təmin edilmədiyini göstərir. O, Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun çox kədərli bir hadisə olduğunu qeyd edib.
Şamil Ayrım bildirib ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik. Bu coğrafiyada Türkiyə-Azərbaycan həmrəyliyini heç kim poza bilməz. Ölkələrimiz arasındakı birlik Türk dövlətləri arasında əlaqələrin daha da canlanmasına səbəb olub.
Söhbət zamanı Şamil Ayrım, həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatları Eldar İbrahimov, Emin Hacıyev, Müşfiq Cəfərov, Aydın Hüseynov və İqbal Məmmədov iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.
AzVision.az
Teqlər: